ABŞ dövlət katibinin köməkçisi Ukraynaya gəlib

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Ukraynada səfərdədir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Ukraynadakı səfirliyi yayıb.

“ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Karen Donfrid noyabrın 4-də Kiyevə səfər edib. Bu, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə, strateji tərəfdaşlığımıza, eləcə də Avroatlantik inteqrasiya istiqamətində əməkdaşlığa ABŞ-ın sadiqliyinin təsdiqdir”, — diplomatik nümayəndəlikdən bildirilib.