Ukrayna nazirləri bir birinin ardınca istefa verir

Bir qədər əvvəl virtualaz.org Ukrayna müdafiə nazirinin istefa verməsi haqda xəbər verib. Ukrayna hökumətinin Ali Radadakı sözçüsü Taras Melniçukun öz Telegram kanalında yaydığı məlumata görə, Andrey Tarandan başqa Ukrayna Nazirırlər kabinetinin digər üzvləri də istefa ərizələrini yazıblar.

Melniçukun sözlərinə görə, istefa ərizəsini yazanlar bunlardır: Ekologiya və təbii sərvətlər naziri Roman Abramovski, İqtisadiyyat naziri Aleksey Lyübçenko (Baş nazirin birinci müavini), Müvəqqəti işğal altında olan ərazilərin reinteqrasiya məsələləri üzrə nazir Aleksey Reznikov və Sənayenin strateji məsələləri üzrə nazir Oleq Uruski.

virtualaz.org