Suqovuşan su anbarından dörd rayonda əkin sahələrinin suvarılması təmin olunub

«Vətən müharibəsi başa çatandan sonra Suqovuşan su anbarından, təxminən, 30 min hektar ərazi üzrə — Tərtər, Goranboy, Yevlax və Bərdə rayonunun ərazisində əkin sahələrinin suvarılması təmin olunub».

Bunu «Report»un Tərtərə ezam olunan əməkdaşına açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

O qeyd edib ki, bu il qeyd olunan ərazilərin sakinləri həmin sulardan istifadə edə biliblər