Saakaşvilinin yanına həkim çağırılıb

Hazırda 12 saylı Rustavi həbsxanasında saxlanılan Mixail Saakaşvili angioloqun köməyinə ehtiyac duyub.

“Qafqazinfo” “TV Pirveli” telekanalına istinadən xəbər verir ki, damar həkimi Tbilisinin “Vivamed” klinikasından çağırılıb.

Bununla yanaşı, “Vivamed” klinikasının direktoru Zurab Çxaidzenin sözlərinə görə, ölkənin keçmiş Prezidentinin sağlamlıq vəziyyətini hazırda qiymətləndirə bilməz.

Qeyd edək ki, artıq 33 gündür ki, Saakaşvili aclıq aksiyasını davam etdirir. Ədliyyə Nazirliyi sabiq Prezidentin Tbilisidəki 18 saylı Qldansk həbsxanasına köçürülməsinə razıdır. Nazirlik sözügedən həbsxananın aclıq elan etmiş məhbuslar üçün əlverişli olduğunu iddia edir. Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze və vəkillər siyasətçinin çoxşaxəli mülki klinikaya köçürülməsində təkid edirlər.

Xatırladaq ki, Gürcüstanın Səhiyyə Nazirliyi yanında yaradılan həkim qrupu oktyabrın 19-u Saakaşvilini ziyarət edib. Həkimlər siyasətçinin klinikaya yerləşdirilməsi ilə bağlı rəy veriblər.