Rusiyada təyyarə qəzaya uğrayıb

Rusiyanın İrkutsk vilayəti yaxınlığında göyərtəsində 8 nəfər olan “An-12” təyyarəsi qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Sibir Avia-axtarış xilasetmə mərkəzi yayıb.

Qeyd olunub ki, təyyarə İrkutsk şəhərindən 7 kilometr aralıda yerləşən Povovarixa yaşayış məntəqəsində qəzaya düşüb.

Bildirilib ki, təyyarə Yakutskdan İrkutska uçurmuş.

Rusiya Fövqəladə Hallar Nazirliyi təyyarənin qalıqlarının tapılmasını təsdiqləməyib.

Hadisə yerinə xilasedicilər göndərilib.