Rusiya Müdafiə Nazirliyi Laçın dəhlizindəki son vəziyyəti açıqladı

Rusiya sülhməramlı kontingenti son 1 ayda Laçın dəhlizindən hər iki istiqamətdə keçən avtomobil və insan sayını açıqlayıb.

 

LAF TV.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə bu müddətdə dəhlizdən mindən çox avtomobil və 6,8 min insan keçib.

 

Rusiya Müdafiə Nazirliyi Laçın dəhlizində insanların və nəqliyyat vasitələrinin hərəkəti zamanı hər hansı insidentin qeydə alınmadığını da əlavə edib.