Paşinyandan hərbçi valideynlərinə cavab: “Axşam saat 9-a kimi məşğulam”

Ermənistanda ölən və itkin düşənlərin yaxınları İrəvanın mərkəzi küçələrini bağlayıblar.

 

Modern.az Ermənistan mətbuatına isitnadən məlumat verir ki, etirazçılar baş nazir Nikol Paşinyanla görüş tələb edib. Onlar övladlarının ölümünə və axtarışlarının təşkilinə görə cavabdeh olanların hələ də tapılıb cəzalandırılmamasından narazı olduqlarını bildirib.

Polis əməkdaşları nümayişçiləri küçədən çıxarmağa çalışsalar da, etirazçılar bundan imtina edib.

 

Baş nazirin köməkçisi Qaqik İsaxanyan isə bildirib ki, etirazçıların tələbi barədə tezliklə baş nazirə məlumat veriləcək. Amma hazırda Nikol Paşinyan axşam saat 9-a qədər məşğul olacaq.