İŞİD Talibanın yüksək rütbəli komandirini öldürdü

Əfqanıstanda hərbi xəstəxanaya hücum zamanı Kabildəki Taliban qüvvələrinin komandirlərindən biri Həmdullah Mohlis öldürülüb.

LAF TV.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Mohlis Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən bəri öldürülən ən yüksək rütbəli şəxsdir.

Qeyd edək ki, Əfqanıstanın paytaxtında yerləşən xəstəxanada partlayış törədilib. Partlayışdan sonra Talibanla toqquşmalar başlayıb. Hücum nəticəsində 23 nəfər ölüb, 50 nəfər yaralanıb.

Kabildə xəstəxanaya hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.