Gərginlik: İran öz tankerini ABŞ-ın əlindən aldı

İran donanması ABŞ-ın Oman körfəzində neft tankerini ələ keçirməsinə imkan verməyib.

Axar.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ Oman dənizində İranın ixrac neftini daşıyan tankeri ələ keçirib, onu başqa tankerə yönləndirib və naməlum istiqamətə göndərib. Amerikalılar bir neçə helikopter və gəmilərdən istifadə edərək tankeri təqib ediblər.

Lakin SEPAH-ın Hərbi Dəninz Donanması tankeri yenidən ələ keçirə və onu geri qaytara bilib.