Ermənilərin şər atdığı türkçü fəal xanıma 3 il həbs cəzası verildi

Rusiyanın Başqırdıstan respublikasında ermənilərin şikayət etdiyi türkçü fəala həbs cəzası verilib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, məhkəmə ictimai fəal Ramilə Seyitovanı ekstremist fəaliyyətdə təqsirli bilərək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edib.

 

Ona sosial şəbəkələrə 2 il ərzində daxil olmaq da qadağan edilib.

Ramilə Seyitova Başqırdıstanda erməni mənşəli şəxslərin çox olmaslına rəğmən, 2020-ci ilin yayında Burzyan rayonunda meşə yanğınları zamanı respublikada yaşayan bütün millətlərdən könüllülərin olmasına baxmayaraq, ermənilərin yoxluğunu qeyd etmişdi.

Erməni diasporu bunu millətçilik və ektremizm kimi dəyərləndirərək Ufa şəhər məhkəməsinə şikayət etmişdilər.

 

Ramilə Seyitova başqırd mədəniyyətinin tərənnümü və türk xalqlarının birliyinə çağırış edən videoçarxları ilə tanınırdı.