Bolqarıstan Türkiyə sərhədlərinə 350 hərbçi yerləşdirib.

Bolqarıstan Türkiyə sərhədlərinə 350 hərbçi yerləşdirib.

Teleqraf.com xəbər verir ki, buna səbəb artan miqrasiya və köç axınıdır.

Taliban avqust ayında Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Avropaya köç axını müşahidə olunur.

Bolqarıstanın Müdafiə naziri Gerogi Panayotov bildirib ki, ölkəsi qanunsuz qaçqın keçidlərini əngəlləmək üçün sərhədəki polis qüvvələrinə dəstək məqsədilə 350 hərbçi göndərib. Onun sözlərinə görə, sərhədə əlavə qruplar da göndərilib.

Bolqarıstan Daxili İşlər Nazirliyi bəyan edib ki, bu ilin ilk 9 ayında 6500 nəfərdən çox insan qanunsuz yollarla Türkiyə-Bolqarıstan sərhədini keçib.

Qeyd edək ki, Bolqarıstanın Türkiyə ilə 259 kilometrlik sərhədi var.

Bundan əvvəl bolqar parlamentin avqust ayında Yunanıstan və Türkiyə səörhədinə ordu göndərmişdi.