Bill Qeyts Türkiyədə torpaq sahəsi alır

27 illik evliliyini keçən aylarda bitirən “Microsoft”un qurucusu Bill Qeytsin Türkiyədə istirahət etməsi ABŞ mətbuatının diqqətini çəkib.

«Amazon»un qurucusu Jeff Bezos və yaxın dostları ilə Egey və Ağdəniz sahillərində doğum gününü qeyd edən və lüks bir yaxtada dincələn Bill Qeytsin Türkiyədən torpaq almaq planları üzə çıxıb.

Qeyd edək ki, eks həyat yoldaşı ilə birlikdə 50 milyard dollarlıq “Billi və Melinda” vəqfini idarə edən Qeytsin vəqfi üçün çox böyük dayanıqlı kənd təsərrüfatı yaratmaq istəyi olduğu da bildirilir.

adalet.az