Bayden: «ABŞ Çinlə silahlı münaqişədən qorxmur, lakin bunun qarşısını almaq olar»

«ABŞ Çinlə silahlı münaqişədən qorxmur və hesab edir ki, bunun qarşısını almaq olar».

«Report» xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden Qlazqoda BMT-nin İqlim üzrə Çərçivə Konvensiyasının 26-cı Konfransı çərçivəsində dövlət və hökumət başçılarının iki günlük sammitinin yekununda keçirilən mətbuat konfransında bildirib.

Bayden qeyd edib ki, Vaşinqton və Pekinin birgə işləməsi lazım olan bir çox məsələlər var.

O, jurnalistin «Çinlə silahlı münaqişə sizi narahat edir?» sualını belə cavablandırıb: «Xeyr, narahat deyiləm. Münaqişəyə ehtiyac olacağını proqnozlaşdırmıram”.

«Mən açıq şəkildə bildirirəm ki, bu, rəqabətdir. Bu, münaqişə olmamalıdır», — Amerika lideri vurğulayıb.