ABŞ və Rusiya kəşfiyyat idarələrinin direktorları görüşüb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin arasında Moskvada görüş keçirilib. 

 

LAF TV.az xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, tərəflər beynəlxalq terrora qarşı mübarizə çərçivəsində Rusiya-ABŞ əlaqələrinə dair məsləhətləşmələr aparıblar.