Əliyev-Paşinyan görüşünə dair yeni açıqlama

“Azərbaycan və Ermənistan liderlərinin görüşmək planları barədə bizdə heç bir məlumat yoxdur”.

 

Modern.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin Aparat rəhbəri Arayik Arutyunyan deyib.

 

O qeyd edib ki, məsələ ilə bağlı Ermənistan XİN-i açıqlama yayıb və onun bu sözlərə heç bir əlavəsi yoxdur.

“Hazırda müxtəlif formatlarda sərhəd məsələsi və kommunikasiyaların açılması ilə bağlı mövzular müzakirə olunur. Lakin bu görüşlə bağlı konkret qərar yoxdur və müzakirə də olunmur”.