Əfqanıstanda xarici valyutadan istifadə qadağan edilib

Əfqanıstan hakimiyyəti ölkə daxilində ödənişlər üçün xarici valyutadan istifadəni qadağan edib.

Trend-in məlumatına görə, bu barədə Əfqanıstan KİV-ləri ölkə hökumətinin sözçüsü Zabiullah Mücahidin bəyanatına istinadla xəbər verir.

Bəyanata əsasən, ölkədəki iqtisadi vəziyyət və milli maraqlar Əfqanıstan vətəndaşlarının öz milli valyutalarından istifadə etməsini tələb edir.

 

 

Onun sözlərinə görə, «İslam Əmirliyi bütün vətəndaşlara, mağaza sahiblərinə, tacirlərə və iş adamlarına gələcəkdə hesablaşmalar üçün «əfqani»dən istifadə etməyi və xarici valyutadan qəti şəkildə çəkinməyi tapşırıb.

O qeyd edib ki, tapşırıqlara baxmayaraq xarici valyutadan istifadə edənlər cəzalandırılacaqlar.