Ukrayna və ABŞ prezidentləri Donbasdakı vəziyyəti müzakirə edib

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Co Baydenlə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə V. Zelenski «Twitter»də bildirib.

Görüş Qlazqoda keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransı çərçivəsində baş tutub.

Danışıqlar zamanı Donbasdakı təhlükəsizlik vəziyyəti müzakirə olunub.

“ABŞ Ukraynanın ərazi bütövlüyünü və ölkədəki islahatları dəstəkləməyə davam edir”, — Ukrayna Prezidenti qeyd edib.