Türkiyə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlərə başlayır

Türkiyə Aralıq dənizində 10 ölkədən 35 dəniz gəmisi və 5 min nəfər şəxsi heyətin iştirak etdiyi «Şərqi Akdeniz-2021» hərbi dəniz təlimlərinin başladığını elan edib. Bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunur ki, təlimlərin əsas məqsədi Türkiyə Hərbi Dəniz Qüvvələrinin, eləcə də patrul təyyarələri, helikopterlər və PUA-ların döyüş hazırlığını yoxlamaqdır.

Brifinqdə çıxış edən Türkiyə Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli zabiti Cüneit Talayman qeyd edib ki, təlimlərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi də iştirak edir.

virtualaz.org