Sudanda təyyarə qəzaya düşdü, 2 rusiyalı öldü

Cənubi Sudanın paytaxtı Cuba şəhərində yük təyyarəsinin qəzaya düşməsi nəticəsində 5 nəfər həlak olub.

“Qafqazinfo” “Star tribune” portalına istinadən xəbər verir ki, həlak olanların 2-si rusiyalıdır.

Yük təyyarəsi Cubadan havaya qalxdıqdan az sonra qəzaya düşüb. Hələ ki, təyyarənin hansı səbəbdən qəzaya uğradığı məlum deyil.