Saxta “QHT rəhbərləri” həbs olundu

Özlərini Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim edərək Zəfər günündə orduya dəstək adıyla şirkətlərdən pul istəyən şəxslər saxlanılıblar.

Bu barədə LAF TV.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, saxta “QHT rəhbərləri” DİN əməkdaşları tərəfindən müəyyən olunaraq, polis idarəsinə gətiriliblər:

“Hazırda araşdırmalar gedir. Əlavə məlumat veriləcək”.