Saakaşvili bir ayda 20 kiloqram arıqladı

Saakaşvili bir aya 20 kq arıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Oktyabrın 1-dən etibarən aclıq aksiyası keçirən Mixeil Saakaşvili onun üçün yaradılmış xüsusi həkim qrupu ilə görüşdən imtina edib.

Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti qiyabi olaraq 4 cinayət işindən şübhəli bilinir. O, eks deputat və biznesmen Valeri Gelaşvilinin döydürülməsində, həmçinin Sandro Girqvlianinin qatillərinin əfv edilməsində, eləcə də, 2007-ci ildə müxalifəti zor gücü ilıə dağıtmaqla yanaşı, «Imedi TV»nin binasına edilən basğın əməliyyatında günahlı bilinir.

Keçmiş prezident 6 il həbs cəzsına məhkum edilib.