Moskva aeroportlarında dumana görə 200-ə yaxın reys təxirə salınıb

Rusiyanın paytaxtı Moskvada sıx dumanla əlaqədar hava limanlarında 177 reys təxirə salınıb.

Trend-in məlumatına görə, Vnukovo hava limanında 51 reys təxirə salınıb və ya ləngiyib.

Eyni zamanda Domodedovo hava limanında 71 reys, Şeremetyevoda 55 reysin uçuşu ləngiyir.

Hidrometeoroloqların proqnozlarına görə, Moskva şəhərində duman günorta saatlarınadək davam edəcək.