Kadırovun qohumu Türkiyədə qətl sifariş edib

Türkiyədə üzərlərində Rusiya pasportu olan 6 casusun saxlanılmasının təfərrüatı bəlli olub.

Axar.az xəbər verir ki, casusların Türkiyədə yaşayan “Abdulhakim” adlı çeçenə sui-qəsd planlaşdırdıqları ortaya çıxıb.

Məlumata görə, casusların lideri 33 yaşlı Bislan Rasayev sui-qəsd təlimatını iki nəfərdən alıb. Bunlardan biri Çeçenistan lideri Ramzan Kadırovun qohumu Adam Delimxanov, digəri isə Delimxanovun sui-qəsdlərdə istifadə etdiyi və 2004-cü ildən bəri Avropadakı çeçen müxalifətçilərinə qarşı törədilən 4 sui-qəsdin təşkilatçısı Kazbek Dukuzovdur.

Rasayevin sui-qəsd zamanı istifadə edəcəyi silah-sursatlar isə İŞİD üzvlüyündə ittiham olunaraq həbsdə yatmış “Əbubəkr” ləqəbli Abdulla Abdullayevdən alınacaqmış. Şübhəlilərin evlərində aparılan axtarış zamanı lazerli, susduruculu silahlar və durbin aşkarlanıb.