Kabildə xəstəxana yaxınlığında ard-arda iki partlayış törədilib

Əfqanıstanın paytaxtı Kabildə xəstəxana yaxınlığında terror aktı törədilib.

APA-nın “TOLO News”a istinadən verdiyi xəbərə görə, bu barədə Taliban hökumətinin sözçüsü Bilal Kərimi bildirib.

Onun sözlərinə görə, birinci partlayış 400 çarpayılıq xəstəxananın qarşısında, ikinci partlayış isə xəstəxananın yaxınlığında baş verib.