İsrailli General: «İranla müharibə ssenarisi hazırlayıram»

İsrail Silahlı Qüvvələrinin idarə rəisi general Tal Kalman İranla danışıqların nəticəsiz qalacağı təqdirdə digər variantlara hazır olmalı olduqlarını bildirib.

NOCOMMENT.az xəbər verir ki, general Kalman Bəhreynin “Əl-Əyəm” qəzetinə verdiyi müsahibədə İranın nüvə fəaliyyətləri ilə bağlı açıqlamalar verib.

General İranın nüvə fəaliyyətlərinin İsraillə yanaşı bütün dünya üçün də təhlükə yaratdığını deyib:

“Digər ölkələr də nüvə silahına sahib olmaq istəyəcək, bu səbəbdən Yaxın Şərqdə nüvə silahlanması yarışı başlaya bilər”.

İranın nüvə fəaliyyətləri ilə bağlı problemlərin diplomatik yolla həllinin tərəfdarı olduqlarını söyləyən Tal Kalman vurğulayıb:

“İşimin bir hissəsi İsrailin İranla qarşıdurma planlarını və imkanlarını hazırlamaqdır. Biz qarşıdurma, müharibə istəmirik. Biz bu məsələni diplomatik yolla həll etmək istəyirik. Amma qarşınızda aqressiv, hərbi imkanlarını artıran tərəf varsa, başqa ssenarilərə də hazırlaşmalıyıq”.

General əlavə edib ki, o, İrana qarşı mübarizədə bəhreynli həmkarları və Körfəzdəki digər ölkələrlə daha yaxından işləməyə ümid edir.