İsrail səfiri Gəncəyə səfər edib

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Gəncəyə səfər edib.

APA-nın yerli bürosunun məlumatına görə, diplomat Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə şəhərin baş meydanında Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

 

Daha sonra səfirlə icra başçısının görüşü keçirilib.

Corc Dik Vətən müharibəsi dövründə Ermənistanın Gəncəyə raket atdığı əraziyə baş çəkib, terror qurbanlarının xatirəsini yad edəcək.