Gürcüstanın müdafiə naziri Ermənistana səfər edib

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Ermənistana səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

C.Burçuladze Ermənistanın hökumət başçısı Nikol Paşinyanla görüşüb. Nazir Ermənistanın Müdafiə Nazirliyi ilə əməkdaşlığı və onun genişləndirilməsinə yönələn proqramları effektiv adlandırıb.

Görüşdə müdafiə sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.