Düşməni heyrətə salan əməliyyatın ŞOK görüntüsü: Əvvəl «Harop», ardınca «Bayraktar».

«Müdafiə Nazirliyinin internet səhifəsində «Bayraktar TB2» tərəfindən məhv edilən düşmən hədəflərinin video görüntüləri yerləşdirilib və ictimaiyyət tərəfindən izlənilib. Bu videoların birində düşmənin ən müasir «Tor-M2KM» zenit-raket kompleksinin məhv edilməsi də var».

BAKU.WS xəbər verir ki, general-leytenant, Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, «Zəfər» ordeni mükafatçısı Ramiz Tahirov İTV-yə açıqlamasında bildirib:

«Həmin videoda «Bayraktar» zenit-raket kompleksini aşkarlayır və izləyir. «Tor» anqara daxil olduqdan sonra «Harop» və «Bayraktar» həmin hədəfə zərbə endirir. Anqarda olan heyət baş verən yanğını söndürməyə çalışarkən bizim «Su-25″ təyyarəmiz lazerlə tuşlanan avia bomba ilə hədəfi tamamilə məhv edir».