Bayden Trampa görə üzr istədi

ABŞ Prezidenti Co Bayden BMT-nin İqlim Dəyişikliyi üzrə 26-cı konfransı zamanı Donald Tramp administrasiyasının yerinə üzr istəyib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, o, bunu ABŞ-ın Tramp hakimiyyəti dövründə Paris İqlim Sazişindən çəkilməsinə görə edib.

Vəzifəsinə başlayan kimi Paris İqlim Sazişinə qayıtdığını bildirən Bayden “Məncə, üzr istəməməliyəm, ancaq keçmiş administrasiyanın Paris İqlim Sazişindən çəkilməsinə görə üzr istəyirəm” deyib. Bütün böyük iqtisadiyyatların istixana qazı emissiyaları ilə bağlı məqsədlərinə çatacağına ümid etdiyini vurğulayan Bayden, “ABŞ bu mövzuda əlindən gələni edəcək” söyləyib.