Vahid Ələkbərov 1 gündə 237 milyon dollar itirib

Beynəlxalq reytinqlərə əsasən, dünyanın ən varlı azərbaycanlısı hesab olunan “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov son 24 saat ərzində 237 milyon dollar itirib.

 

Modern.az “Bloomberg” agentliyinə xəbər verir ki, “Lukoyl” şirkətinin səhmlərinin dünya birjalarında ucuzlaşması iş adamına oktyabrın 31-də 237,4 milyon dollar maliyyə itkisinə uğradıb. Hazırda Vahid Ələkbərovun sərvəti 24,5 milyard dollar təşkil edir.

 

Vahid Ələkbərov ən zəngin azərbaycanlı olmaqla yanaşı, dünya  zənginləri arasında da 69-cu pillədə qərarlaşıb.