Türkiyə MN azad edilmiş torpaqlarda minalardan təmizlənmiş ərazilərin sahəsini açıqlayıb

Türkiyə Silahlı Qüvvələrinin Ermənistanın işğalından azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların aşkarlanmasına verdiyi dəstək davam edir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) rəsmisi Pınar Kara bildirib.

 

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə Türkiyə və Azərbaycan tərəfindən 123 kvadrat kilometr ərazi mina və PHS-lərdən təmizlənib.

P. Kara qeyd edib ki, mina/PHS-lərin təmizlənməsi ilə əlaqədar olaraq Azərbaycan Silahlı Qüvvələrinin 899 əməkdaşına təlim keçilib.

Türkiyə Müdafiə Nazirliyinin rəsmisi Azərbaycan xalqını qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib, Türkiyənin bu günə qədər olduğu kimi, bundan sonra da haqlı mübarizəsində Azərbaycanın yanında olacağını vurğulayıb.