Türkiyə MN Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını 8 noyabr — Zəfər Günü münasibətilə təbrik edib.

«Report»un xəbərinə görə, nazirliyin təbrikini Mətbuat və ictimaiyyətlə əlaqələr müşavirliyinin zabiti, mayor Pınar Kara keçirdiyi brifinqdə çatdırıb.

«Bir millət, iki dövlət ” anlayışı ilə kədərdə və sevincdə bir yerdə olduğumuz azərbaycanlı qardaşlarımızı 8 noyabrda qeyd olunacaq Zəfər Günü münasibəti ilə indidən təbrik edirik.

Ədalətli işlərində, bu günə qədər olduğu kimi bundan sonra da bütün imkanlarımızla onların yanında olduğumuzu bir daha vurğulayırıq», — nazirlik rəsmisi vurğulayıb.