Makron Britaniyanı hədələdi

Böyük Britaniya hakimiyyəti Avropa İttifaqı ilə Breksit razılaşmasına əməl etməsə, Fransa lazımi tədbirləri görəcək.

Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

«Əgər Birləşmiş Krallıq sazişdə nəzərdə tutulan addımları atmasa, biz lazımi tədbirləri görməyə məcbur olacağıq», — deyə Fransa lideri bildirib.

Onun sözlərinə görə, Paris balıqçılıq mübahisəsində eskalasiyanı istəmir:

«London balıqçılıqla bağlı mövqeyini dəyişməkdən imtina edərsə, Fransa hökuməti və Aİ səlahiyyətlilərinin cavab tədbirləri görmək hüququ var».

 

Unikal.org