KİV: Əhməd Məsud Tacikistana qaçdı

Əfqanıstan Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud Tacikistana qaçıb.

Axar.az xəbər verir ki, bu məlumatı TASS-a açıqlamasında Əfqanıstanın Pəncşir vilayətinin qubernatorunun keçmiş müavini Kəbir Vasik deyib.

“Əhməd Məsud hazırda Tacikistandadır, amma bəzən Əfqanıstanı ziyarət edir, burada müqavimət dəstələriylə görüşür”, – deyə o bildirib.

Onun sözlərinə görə, Məsud hazırda Talibana qarşı fərqli dövlətlərin dəstəyini almağa cəhd edir:

“Məsud region ölkələrini taliblərlə mübarizənin vacib olduğuna inandırmağa cəhd edir. O, fərqli ölkələrdən dəstək almaq və diqqət cəlb etmək üçün səfərlər təşkil edir”.