Ermənistan Zəngəzuru qorumağa əsgər AXTARIR

Ermənistan Zəngəzurda sərhəd xəttini hərbçilərlə tam təmin etməkdə çətinlik çəkir.

 

Modern.az xəbər verir ki, parlamentdə keçirilən dinləmələrə qatılan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, general-mayor Aram Akopyan bu barədə etiraf edib.

 

“Yaranmış yeni situasiyaya görə, Syunik vilayətində (Zəngəzur) dövlət sərhədinin mühafizəsinə hərbi çağırışçılar cəlb olunub. Buna qədər onlar bu istiqamətdə xidmət keçmirdilər”.

 

General-mayor cəbhənin Zəngəzur istiqamətində xidmət üçün şəraitin olmamasını, yeni sərhəd zastavalarının sıfırdan yaradıldığını xatırladıb.

“Buna görə də əsgərlər hələlik vaqon tipli otaq tipli vaqonlarda qalırlar. Yeni zastavaların inşası davam edir”.

 

Akopyan Zəngəzurda sərhədlərin mühafizəsinə it və atların da cəlb olunduğunu qeyd edib.