DİN vətəndaşlara insan alverilə bağlı müraciət etdi

Daxili İşlər Nazirliyi insan alverilə bağlı vətəndaşlara müraciət edib.

 

Modern.az-ın məlumatına görə, nazirliyin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, bu kimi hallarla qarşılaşan vətəndaşlar 24 saat ərzində fəaliyyət göstərən “Qaynar xətt”ə müraciət ünvanlaya bilərlər:

 

“Sizə və ətrafınızda olan şəxslərə qarşı məcburi əmək, cinsi istismar, köləlik, insan orqan və toxumalarının çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə olunması, uşaq alqı-satqısı cinayətlərindən hər hansı biri törədildikdə dərhal Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin nəzdində 24 saat ərzində pulsuz fəaliyyət göstərən 152 qaynar xətt telefon xidmətinə müraciət edin!”