Daha bir ABŞ hərbi gəmisi Qara dənizə istiqamət aldı

ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasının flaqmanı, USS Mount Whitney gəmisi Qara dənizə doğru üzür. Bu haqda ABŞ-ın Afrika və Avropa üzrə hərbi dəniz qüvvələrinin Komandanlığı özünün Tvitter hesabından bildirib.

Türkiyə mənbələri gəminin az əvvəl Çanaqqala boğazından keçdiyini xəbər verir.

Məlumata görə, 6-cı donanmanın flaqmanı ABŞ və onun NATO üzrə müttəfiqlərinin Qara dəniz və Aralıq dənizindəki birgə hərbi əməliyyatlarının koordinasiyası ilə məşğul olacaq. Bundan əvvəl ABŞ-ın USS Porter hərbi gəmisi Qara dənizə daxil olmuşdu.

ABŞ hərbi gəmilərinin Qara dənizə hərəkəti Rusiyanın Donbassda vəziyyətin kəskinləşməsi fonunda Ukrayna sərhədlərinə qoşun cəmləşdirdiyi barədə xəbərlərlə eyni vaxtda baş verir.

 

virtualaz.org