Bayden Ərdoğana “F-16” ilə bağlı əlindən gələni edəcəyinə dair söz verib

G20 sammiti çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşdə NATO və strateji müttəfiqlik kontekstində atılacaq addımları da müzakirə etdik.

LAF TV.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romadan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

 

“Hər şeydən əvvəl bizim “F-35” məsələmiz var. Məlum olduğu kimi 1 milyard 400 milyon dollarlıq ödəniş etmişik. Bununla bağlı olaraq da “F-16” tədarükünü müzakirə etdik. Bu məsələdə də Baydendən neqativ münasibət görmədim. Bayden dedi ki, çox qısa zamanda nəticə əldə edə bilmərik. O, məsələnin Nümayəndələr Palatası və Senatda müzakirə olunacağını, vəziyyətin 50:50-yə olduğunu diqqətimə çatdırdı və əlindən gələni edəcəyinə dair söz verdi. Mən də ona bunu bacaracağımıza inandığımızı bildirdim”, — Türkiyə dövlət başçısı vurğulayıb.