Azərbaycanda sənədsiz binanın tikintisi dayandırıldı — VİDEO

Sənədsiz tikinti aparılan binada işlər dayandırılıb.

Fövqəladə Hallar Nazirliyindən LAF TV.az-a verilən məlumata görə, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri Astara şəhəri, Nizami küçəsində fiziki şəxs Əlizadə Samir Sahib oğlunun müvafiq sənədlər olmadan çoxmənzilli yaşayış binası tikdiyini aşkar edib.

Bununla bağlı FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin  keçirdiyi tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.