Amerikanın Azərbaycandakı sabiq səfirisülhə aparacaq şərtləri açıqlayıb

LAF TV.az Amerikanın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin müsahibəsini təqdim edir.

— Cənab Kozlariç, bildiyiniz kimi noyabrda Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşü planlaşdırılır. Bu barədə təəssüratlarınızı öyrənmək  istərdik.

— Ümid edirəm ki, hər iki ölkənin rəhbər şəxsləri bu  görüşdən Ermənistan və Azərbaycan arasında sülhə aparan prosesə başlamaq üçün istifadə edə bilərlər.

Bunun üçün üç şərt tələb olunacaq:

hər iki rəhbər şəxslər — Əliyev, həm də Paşinyan öz ritorikasını müharibəyə deyil sülhə yönəltməlidir;

ruslar vasitəçi rolunu oynamalı və iki liderə birbaşa danışıqlar aparmağa imkan verməlidir;

hamı etiraf etməlidir ki, sülh tək bir məsələyə əsaslanmayan hərtərəfli yanaşma tələb edir.

— Sirr deyil ki , Zəngəzur dəhlizinin açılması da,  liderlərin müzakirəsindəki mövzulardan biri və ya birincisi olacaq. Sizcə, həlli xeyli müşkülə çevrilmiş dəhliz məsələsi məhz bu görüşdən sonra həllini tapa biləcəkmi?

— Mən Zəngəzurun əhəmiyyətini başa düşürəm, lakin daha əvvəl qeyd edildiyi kimi, sülh Ermənistan və Azərbaycan arasında uzun və mürəkkəb birbaşa əlaqə prosesi tələb edəcək.  Məhz bu məsələnin həllinin zamanla, tədricən həll olunacağını düşünürəm. Bunun bir görüşdə həll olunacağına inanmıram.

— Azərbaycan və Ermənistan liderləri arasındakı bu görüş gələcəkdə daha hansı məsələlərin müzakirəsinə yol aça bilər?

— Bu hələ ki, ilk addımdır. Əgər görüş uğurlu olarsa, o zaman Ermənistan və Azərbaycan sülh üçün zəruri olan bütün məsələlərin həlli üçün birbaşa əlaqə modeli yaratmalıdırlar və bundan sonra region üçün digər vacib məsələlər mərhələli şəkildə müzakirə oluna bilər./Moderator.az