Amerikanın Əfqanıstandakı keçmiş müttəfiqləri İŞİD tərəfinə keçməyə başlayıb…

ABŞ hərbçiləri ilə işləyən və Əfqanıstanda Vaşinqton tərəfindən tərk edilmiş ABŞ müttəfiqləri İŞİD tərəfinə keçməyə başlayıblar. 

 

Moderator.az bildirir ki, bu barədə Amerikanın gündəlik The Wall Street Journal” nəşri yerli mənbələrin sözlərinə istinadən yazır.

 

Söhbət ilk növbədə ABŞ-da təlim keçmiş kəşfiyyatçılarcasuslartəhlükəsizlik qüvvələri və hərbçilərdən gedirNəşrin yazdığına görə,  bu əməkdaşlığa sövq edən onların “Taliban tərəfindən repressiyaya məruz qalmasıdırHələlik onların sayı nisbətən azdırlakin mənbələr bunun artmaqda davam etdiyini bildirir.

 

Keçmiş əfqan hərbçilərindən və taliblərdən ibarət həmsöhbətlər nəşrə bildiriblər ki, İŞİD Əfqanıstanda yeni hökumətə müqavimət göstərməklə yanaşı, insanları yaxşı maaşla da sıralarına cəlb edir. Keçmiş kəşfiyyat rəhbəri Rəhmətullah Nabil deyib: “Əgər müqavimət hərəkatı olsaydı, onlar bu hərəkata qoşulardılar”. Onun sözlərinə görə, İŞİD Əfqanıstanda Talibanla döyüşən yeganə silahlı qruplaşmadır.

 

Noyabrın 1-də Pəncşirin keçmiş qubernatoru Kəbir Vasik Əfqanıstanın Milli Müqavimət Cəbhəsinin (ƏMMC) “Talibanla döyüşləri bərpa etmək niyyətində olduğunu bildiribOnun sözlərinə görə, ƏMMC döyüşçüləri Pəncşir vadisinin yüksək dağlıq ərazilərini tuturbir neçə başqa əyalətdə də mövcuddur və öz döyüş hazırlığını artırır.