ABŞ və Koreya birgə hərbi təlimlərə başladı

Koreya Respublikası və ABŞ-ın Hərbi Hava Qüvvələri birgə təlimlərə başlayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, təlimlər 5 gün davam edəcək.

Təlimlərə təqribən 100 aviatexnika, həmçinin Cənubi Koreyanın “F-15K” və “KF-16” qırıcıları, ABŞ-ın “F-16” qırıcıları cəlb olunub.

Təlimlər barədə digər detallar açıqlanmayıb.

Qeyd edək ki, iki ölkə son illərdir ki, azaldılmış miqyasda birgə təlimlər keçirir.