Azərbaycanın XİN rəhbəri Türkiyəni təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni milli bayramı – Respublika Günü münasibəti ilə təbrik edib.

LAF TV.az xəbər verir ki, Ceyhun Bayramov  təbrik mətnini rəsmi tviter səhifəsində paylaşıb.

«Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 98-ci ildönümüdür. Bu özəl və əlamətdar gündə qardaş Türkiyəni ürəkdən təbrik edir və hər zaman var olmasını diləyirik. İstiqlal mücadiləsində canından keçmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edirik», — XİN başçısı bildirib.