Görkəmli bəstəkar Cahangir Cahangirovun 100 illiyi ilə bağlı poçt markası dövriyyəyə buraxıldı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC görkəmli bəstəkar Cahangir Cahangirovun 100 illiyinə həsr olunmuş poçt markası buraxıb.

Bu barədə LAF TV.az-a  nazirliydən məlumat verilib.

 

Qeyd olunub ki,buraxılış 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb.

Poçt markası 5 min tirajla Belarusun Bobruysk şəhərində çap olunub. Markanın müəllifi rəssam Vüqar Əyyubovdur. Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq çap olunub.

 

Cahangir Cahangirov - Uşaq Bilik Portalı