Nemət Pənahlı və Aqil Abbas qarşıdurması- “Nüfuzu varsa, özü də deputat seçilsin”

Milli Dövlətçilik Partiyasının başqanı Nemət Pənahlı LAF TV.az saytına maraqlı açıqlamalar verib.Bir zamanlar Heydər Əliyevə yaxınlığı ilə tanınan 1993-1995-ci illərdə Prezident Aparatında çalışmış Nemət Pənahlı iddia edir ki, Prezident Heydər Əliyevdən xalq şairi Məmməd Arazı müalicə üçün xaricə göndərməyi və onun mənzillə təmin olunmasını xahiş edib.

 

N.Pənahlı daha sonra idda edir ki, şairin kürəkəni Aqil Abbas xalq şairinə görə deputatdır: “Aqil Abbas bu zamana qədər seçildiyi çağırışları qaynatası Məmməd Araza görə seçilir və buna görə uzun müddətdir deputat kürsüsündə əyləşib”.

 

Deyilənlərlə bağlı  LAF TV.az-a Məmməd Arazın kürəkəni, millət vəkili Aqil Abbas cavab verdi və  Nemət Pənahlının fikirlərini təkzib etdi. “Mən evin adamıyam və bilirəm ki, ev məsələsini kim həll edib. Məmməd Araza 1-ci evi Əbülfəz bəy verib (red: Əbülfəz Elçibəy) verilən ev barədə bir dəfə danışmışam təmirsiz və müəyyən dərəcədə problemləRi olan mənzil idi.  Daha sonra Heydər Əliyev Prezident Aparatının yanında yerləşən binadan 4 otaqlı ev verdi. O ki, qaldı Məmməd Arazın müalicəsinə,şairi Heydər Əliyev özü müalicəyə göndərib.Burda bir sual yaranır Heydər Əliyevin məgər Məmməd Arazın halından,yaşayısından xəbəri yox idi? Heydər Əliyev böyük lider idi və hamıdan xəbəri var idi. Ola bilsin Heydər Əliyevə kimsə deyə bilər amma tam səmimi deyirəm ki, Heydər Əliyevin Məmməd Arazla bağlı hər şeydən xəbəri var idi. ”

 

Aqil Abbas daha sonra onun deputat seçilməsi  haqqında deyilən sözlərə cavab verərək bildirdi ki, onu  Qarabağ camaatı deputat seçib. 4 çağrışdı ki, məhz onların səsi ilə parlamentdədir. “Mərhum kinoşünas Aydın Kazımova sual verirlər ki, Qarabağ sənin üçün nədi? o da cavab verərək bildirib ki, “Qarabağ mənim üçün Rəmiş, Qədir bir də Aqil Abbasdır!” Qarabağ bölgəsindən bir adam seçilməli idi. Məni də yazıçı, jurnalist kimi tanıyırdılar və seçdilər. Nemət bəy belə nüfuzlu adamdırsa, özü də deputat seçilsin”.

 

LAF TV.az