Rusiya hər il 15 milyard dollarlıq silah satır

“Rusiya silah və hərbi texnika ixracının həcminin qoruyub saxlayacaq”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Baş nazirin müavini Yuri Borisov Federasiya Şurasında çıxışında bildirib.

 

«Hərbi-texniki əməkdaşlıqda əsas tərəfdaşlarımız olan ölkələrin ABŞ-ın çox güclü təzyiqi altında olmasına baxmayaraq, hərbi məhsul ixrac edən dövlətlər sırasında 2-ci yeri tutmağa davam edirik», — deyə Rusiya hökumətinin hərbi texniki sənayedən məsul naziri vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın hərbi məhsul ixracının həcmi hər il sabit səviyyədə — 15 milyard dollar həcmində qalır.