İlham Əliyev Zəngilan Rəqəmsal Elektrik Yarımstansiyasının təməlini qoydu

“Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməli qoyulub.

 

LAF TV.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna səfərləri çərçivəsində təməlqoyma mərasimində iştirak ediblər.