Azərbaycanlı milyarder Türkmənistan prezidenti ilə görüşdü

Azərbaycan əsilli iş adamı, Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov Türkmənistana səfər edib.

 

LAF TV.az xəbər verir ki, iş adamı Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədovla da görüşüb

 

Görüş zamanı Türkmənistanla Azərbaycanın birgə istismar edəcəyi “Dostluq” neft yatağı ilə bağlı danışıqlar aparıb.

 

“Bu layihə tərəflər arasında yeni əmıəkdaşlıq perspektivi açır”- deyə tərəflər fikir səsləndirib. “Lukoyl” şirkəti layihənin əsas operatoru olacaq.