Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşüb- 1 nəfər həyatını itirdi

Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşüb.

Bu barədə  LAF TV.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirib ki, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər Rayon Prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.