Tbilisidə Saakaşvilinin azadlığı üçün aksiya keçirib

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin azad olunması tələbi ilə Tbilisidə aksiya keçirilir.

 

LAF TV.az gürcü mediasına istinadən xəbər verir ki, aksiyada minlərlə şəxs iştirak edir. Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları qabaqlayıcı tədbir kimi Rustaveli prospektində parlamentin və Tələbə Gənclər Sarayının həyətinə toplaşıb.

 

Aksiyada ölkənin hər yerindən tərəfdarların iştirak etdiyi bildirilir. Təşkilatçı “Vahid Milli Hərəkat” müxalif partiyasıdır.

 

Qeyd edək ki, Mixail Saakaşvili artıq 2 həftədir həbsdədir. O, özünü siyasi məhbus hesab edir və aclıq aksiyası keçirir.